Paytaxt klubundan ayrılıb Antarktidaya gedir
07 dekabr 2016 01:33 (UTC +04:00)

Paytaxt klubundan ayrılıb Antarktidaya gedir

0

Moskva MOİK-i 7 ildi komandanı çalışdıran Leonid Slutski ilə yollarını ayıracaq. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

 

Slutskiyə kluba bu günə kimi göstərdiyi xidmətlərə görə təşəkkür edilib və Çempionlar Liqasının “Tottenhem”ə qarşı sabah keçiriləcək oyundan sonra 45 yaşlı mütəxəssislə yolların ayrılacağı bildirilib.

 

2009-cu ildən “hərbçilər”in “sükanı arxasında” olan mütəxəssis bu müddət ərzində 3 dəfə Rusiya çempionu, 2 dəfə ölkə kubokunun, 2 dəfə isə superkubokun qalibi olub.

 

Çempionlar Liqasında mərhələ adlamaq şansı qalmayan ÇSKA, Rusiya Premyer Liqasının cari mövsümündə, 17 turdan sonra lider “Spartak”dan 8 xal geri qalır.

 

Əlavə edək ki, yerli mətbuat 45 yaşlı mütəxəssisin işindən ayrıldıqdan sonra Antarktidaya səfər edəcəyini yazıb. O, cənub qütbünə turist kimi yollanıb, orda istirahət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar