APA-nın məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında deyib.
Patrik Hikki belə böyük layihənin reallaşmasında xidməti olan hər kəsə, o cümlədən könüllülərə təşəkkür edib: “Siz bu oyunlara, innovasiyalara açıq fikirlə yanaşdınız. Avropa atletlərinə minnətdarlıq edirəm. Siz bizə belə möhtəşəm idman bayramını bəxş etdiniz. “Rio-2016”da bütün dünyanın qarşısına çıxmağa hazırsınız. İdman bizi birləşməyə aparır. Bu, gələcəkdə Avropa Oyunlarının əsaslanacağı yarış oldu. Avropadakı dostlarıma və bütün dünyaya deyirəm ki, Azərbaycanın gələcəyi parlaqdır. Çox sağ ol Bakı, çox sağ ol, Azərbaycan!”