Oyun alverinə görə 8 nəfər həbs olundu
08 may 2015 02:46 (UTC +04:00)

Oyun alverinə görə 8 nəfər həbs olundu

Qonşu Gürcüstan Respublikasında futbol zəlzələsi yaşanmaqdadır. Apasport.az saytının məlumatına görə, gürcü polisi aralarında “STU Tiflis” klubunun prezidenti, futbolçular, totalizator şirkətinin rəhbəri də daxil olmaqla 8 nəfəri oyun alqı-satqısında şübhəli bilərək həbs edib.

 

Ölkənin Daxili İşlər nazirliyindən verilən açıqlamada həbs olunanların Gürcüstan çempionatının bəzi komandaları ilə oyun alveri üçün razılaşmış olduqları bildirilib.

 

Gürcüstan Futbol Federasiya isə istintaq müddətində nazirliklə birlikdə hərəkət edəcəklərini qeyd edib.

 

İstintaq davam etdikcə həbs olunanların sayının artacağı istisna olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar