Ötən ayın ən yaxşı futbolçusu və ən gözəl qolu
29 aprel 2013 15:26 (UTC +04:00)

Ötən ayın ən yaxşı futbolçusu və ən gözəl qolu

0

Futbol üzrə Topaz Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi açıqlanıb. Lent.az-ın məlumatına görə, bununla əlaqədar mükafatlandırma mərasimi keçirilib.

Ən yaxşı futbolçu adına “Bakı”nın hücumçusu Marius Pena layiq görülüb. Ən yaxşı qolun müəllifi isə AZAL-ın yarımmüdafiəçisi Cavid Tağıyev olub. Penaya 1500 manat, Tağıyevə 1000 manat mükafat verilib.

Tədbirdə Topaz Premyer Liqasında martda keçirilmiş oyunların nəticəsini düzgün tapan www.mundial.az saytının əməkdaşı da mükafatlandırılıb.

Qeyd edək ki, ayın qolunu www.pfl.az saytında azarkeşlər, ayın futbolçusunu isə 50-dən artıq jurnalist səsvermə yolu ilə müəyyənləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1266

Oxşar yazılar