Futbol üzrə Azərbaycan çempionatları tarixində 10000-ci qolun müəllifi olmuş “Bakı”nın kapitanı Elvin Məmmədov mükafatlandırılıb. Lent.az-ın məlumatına görə, Məmmədova Peşəkar Futbol Liqası (PFL) tərəfindən xüsusi mükafat verilib.
Rekordçu Azərbaycan futbolu tarixinə düşməsini özü üçün qürurverici hal adlandırıb. O, əlamətdar göstəricini qeydə alan PFL-ə minnətdarlıq edib. Məmmədov PFL prezidenti tərəfindən ünvanlanan “Seçim qarşısında qalsaydın hansı qolu vurardın: komandan üçün ən vacibini, yoxsa rekordu?” sualına isə “Komandam üçün ən vacibini” cavabını verib.
Qeyd edək ki, Elvin Məmmədov 2012-ci il noyabrın 25-də “Neftçi” ilə görüşün 60-cı dəqiqəsində hesabı açıb və bu, 10000-ci qol kimi tarixə düşüb. Amma matç “Bakı”nın məğlubiyyəti ilə nəticələnib – 1:2.