Olimpiya mükafatçımız zədələndi
04 mart 2013 19:00 (UTC +04:00)

Olimpiya mükafatçımız zədələndi

Martın 6-da Bakı İdman Sarayında boks üzrə “İpək Yolu” ənənəvi beynəlxalq turnirə start veriləcək. Lent.az-ın məlumatına görə, 5 gün davam edəcək yarışda 11 ölkənin idmançıları mübarizə aparacaqlar.

 

Azərbaycan boksçuları ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Fransa, Özbəkistan, Türkmənistan, İran, Rusiya, Türkiyə, Ukrayna və Qətərin dəri əlcək ustaları  öz bacarıqlarını nümayiş etdirəcəklər. Komandamız yarışdan əvvəl Qazaxıstan və Gürcüstan boksçuları ilə birgə Lənkəranda təlim-məşq toplanışında olublar. Bu dəfə millimizin heyətində bütün adlı-sanlı idmançıların çıxış etməsi gözlənilir. Dünya çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, 2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, London olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev kimi idmançılar yarışa qatılacaqlar. Avropa çempionu, London olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov bu yaxınlarda Qazaxıstanda keçirilən turnirdə qolundan zədə aldığından o, yarışı kənardan izləyəcək.

 

“İpək yolu” turnirinin final döyüşləri martın 10-u saat 14:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar