Türkiyənin 1500 metr məsafəyə qaçış üzrə sonuncu olimpiya çempionu Aslı Çakır Alptekinin qanında dopinq aşkar olunması öz təsdiqini tapıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Beynəlxalq İdman Məhkəməsi ( CAS) Aslı Çakıra 8 il müddətinə dünya və Avropa miqyaslı yarışlarda iştirak etməyə qadağa qoyub. Eləcə də, məhkəmə atletin 2012-ci ildə keçirilən olimpiya yarışlarında qazandığı qızıl medalı əlindən alıb.
Qeyd edək ki, Beynəlxalq İdman Məhkəməsi may ayından bəri 31 türk atleti qanında dopinq aşkar edərək yarışlardan uzaqlaşdırmışdı.