Oğuz Çətin rəsmən istefa verdi
22 dekabr 2014 20:41 (UTC +04:00)

Oğuz Çətin rəsmən istefa verdi

0

Apasport.az saytının məlumatına görə, az öncə vətəninə yola düşən türkiyəli çalışdırıcı böyük ehtimalla bir daha cənub təmsilçisinin “sükanı arxası”nda olmayacaq.

 

Komandada gəncləşdirmə siyasəti aparılacağından, rəhbərlik mövsümü Çətinlə deyil, yerli mütəxəssislərdən biri ilə davam etməyi düşünür. Çox güman Oğuz bəyi ya hazırda klubda idman direktoru postunu tutan Yunis Hüseynov, ya da əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədov əvəzləyəcək.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsinə 5-ci pillədə yollanıb. “Ağ-yaşıllar” 18 turdan sonra cəmi 20 xal toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar