NONSENS! Millimizin qapıçısı bu gün...ilk oyununa çıxdı
06 aprel 2013 16:34 (UTC +04:00)

NONSENS! Millimizin qapıçısı bu gün...ilk oyununa çıxdı

0

 

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev bu gün Topaz Premyer Liqanın 25-ci turunda debüt oyununa çıxacaq. Lent.az-ın qol.az-ın istinadən verdiyi məlumata görə, bu çempionatda Kamran Ağayev hələ bir dəfə də olsun oyuna çıxmayıb. “Xəzər Lənkəran”dakı problemləri səbəbindən cari mövsümdə bu komandada forma geyinməyən, qış fasiləsində isə “Bakı”ya keçən Ağayev yeni komandasında “18”liyə düşsə də, oyuna buraxılmamışdı.

Bu mənada, “İnter”lə bugünkü matçda əsas heyətdə yer alan Kamran Ağayevin həm cari çempionatda, həm də Topazın sponsorluğu ilə baş tutan Premyer Liqada debütü olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1266

Oxşar yazılar