Nigeriya çempionatının son qalibi “Kano Pillars” klubunun avtobusuna silahlı basqın edilib. Apasport.az saytının məlumatına görə, bir qrup azarkeş tərəfindən edilən silahlı hücumda 5 futbolçu yaralanıb.
Sabah “Heartland”la səfər matçında qarşılaşacaq “Kano Pillars” Abaidən Overri şəhərinə gedərkən, soyğunçuların hücumuna məruz qalıb. 18-i futbolçu və 25 nəfərlik avtobusda komandanın üzlərindən Qambo Məhəmməd, Reyben Oqbonaya, Eneyi Otekpa, Murtala Adamu ve Ubonq Ekpai güllə yarası alıb.
Hadisədən sonra Nigeriya Futbol Federasiyası qarşılaşmanı təxirə salıb.