“Barselona”nın hücumçusu Neymarın oğlu David Lukka da rəsmən klubun üzvü olub. Apasport.az saytının məlumatına görə, Braziliya millisinin forvardı övladını qeydiyyatdan keçirib.
Tədbirdə Kataloniya təmsilçisinin prezidenti Xosep Mariya Bartomeu və klubun vitse-prezidenti Xordi Kardoner iştirak edib. Daha sonra rəhbərlik Neymar və Davidə “Barsa”nın forması və bayrağını bağışlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Barselona”nın müdafiəçisi Xerard Pikenin dünyaya gələn 2-ci övladı Saşa da rəsmən klubun üzvü olub.