"Milan"ın sabiq futbolçusu Alessandro Nesta baş məşqçiliyə başlayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Şimali Amerika futbol liqasında yer alacaq "Mayami"nin baş məşqçisi təyin olunub.
Qeyd edək ki, "Mayami"nin sahiblərində biri A.Nesta "Milan"dakı komanda yoldaşlarından olan Paolo Maldinidir.