Nazir vida matçına çıxır
04 aprel 2013 15:36 (UTC +04:00)

Nazir vida matçına çıxır

0

Gürcüstan milli komandasının sabiq futbolçusu Kaxa Kaladzenin vida matçı mayın 31-də Tiflisdəki “Dinamo” stadionunda keçiriləcək. Lent.az-ın məlumatına görə, oyuna gürcüstanlı oyunçular, habelə İtaliyanın “Milan”, “Cenoa”, Ukraynanın “Dinamo” (Kiyev) klubunun futbolçuları çağırılacaqlar.

 

Görüş məşhur müdafiəçinin karyerasını başa vurmasından düz 1 il sonra baş tutacaq. Kaladze son klubunun adını daşıyan stadionda futbolla vidalaşacaq. O, ötən il oktyabrın 25-dən Gürcüstanın energetika və təbii sərvətlər naziri vəzifəsində çalışır.

 

Qeyd edək ki, Kaxa Kaladze futbolçu karyerası ərzində Tiflis “Dinamo”sunda 4 qat Gürcüstan çempionu, ölkə Superkubokunun 3 qat sahibi, Kiyev “Dinamo”sunda Ukrayna çempionatı və kubokunun 3 qat qalibi, “Milan”da Çempionlar Liqasının, ölkə çempionatının, kubokunun və Superkubokunun, Avropa Superkubokunun və klublararası dünya çempionatının qalibi olub. O, Gürcüstan millisində 83 oyuna çıxıb, 5 dəfə ölkənin ən yaxşı futbolçusu sayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1021

Oxşar yazılar