Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə Topaz-ın ünvanına yönələn tənqidlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında Topazın Azərbaycan idmanına verdiyi faydadan danışıb.
O bildirib ki, hazırda Topaz-ın dövriyyəsindən 4.2 faiz vəsait “Azəridmanservis” dövlət müəssisəsinin hesabına gəlir. Həmin vəsaitin 30 faizi AFFA-nın, 70 faizi digər idman növlərinə paylanır: “Bu birmənalı olaraq idmanın inkişafı üçün böyük köməkdir. Dünyada və Avropanın bir çox ölkələrində müxtəlif totalizatorlardan bu maliyyə nazirliklərə, komitələrə daxil olur və idmanın inkişafına sərf olunur. Topaz Azərbaycanda mövcud olmayanda “Qara bazar” var idi. Düşünürəm ki, biz məhz bu “qara bazar”la mübarizə aparmalıyıq, nəinki bu gün tam şəffaf olan və idmanın inkişafına xidmət edən Topaz-ın müzakirəsini aparmalıyıq”.