Nadir Nəsibov yenidən federasiya prezidenti seçildi
09 aprel 2013 17:26 (UTC +04:00)

Nadir Nəsibov yenidən federasiya prezidenti seçildi

 

Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Basketbol Federasiyasının (ABF) Hesabat-Seçki Konfransı keçirilib. Bu barədə Lent.az-a kompleksin direktoru və ABF-in idarə heyətinin üzvü Rafiq Behbudov məlumat verib.

 

O bildirib ki, toplantıda Nadir Nəsibov növbəti 4 il müddətinə federasiya prezidenti seçilib. Eyni zamanda qurumun idarə heyətinin və məşqçilər şurasının tərkibi təsdiqlənib. Daha bir yenilik isə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Rimas Kurtinaytislə bağlı olub. Behbudovun sözlərinə görə, litvalı olimpiya çempionu ölkəmizdə basketbolun dirçəldilməsindəki xidmətləri qarşılığında ABF-in Rəyasət Heyətinin fəxri üzvü seçilib.

 

Qeyd edək ki, Rimas Kurtinaytis hazırda Rusiyanın “Ximki” basketbol klubunun baş məşqçisidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1269
avatar

Oxşar yazılar