Mxitaryan Ermənistan Milli Olimpiya Komitəsini ifşa etdi
28 dekabr 2012 12:17 (UTC +04:00)

Mxitaryan Ermənistan Milli Olimpiya Komitəsini ifşa etdi

Ermənistan milli komandasının futbolçusu Henrik Mxitaryan ölkənin Milli Olimpiya Komitəsinin (MOK) yalanını üzə çıxarıb. Lent.az-ın məlumatına görə, MOK prezidenti Qagik Tsarukyan bu yaxınlarda Mxitaryanın qurumun ordenini aldığını bildirib.

 

Ukrayna “Şaxtyor”unun futbolçusu isə “Facebook” səhifəsində bu açıqlamanı təkzib edib: “Deyirlər ki, mənə MOK-un ordenini təqdim ediblər. Məndən belə bir mükafatı alıb-almadığımı soruşurlar. Hazırda Ermənistandan kənardayam. Bu barədə xəbərlərdən mənə məlum olub”.

 

Mxitaryan belə mükafatı almayacağını da bildirib: “Hesab edirəm ki, mən ədalətli və təmiz mübarizədə qazanılan mükafatları almalıyam. Qalanları isə məni maraqlandırmır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Oxşar yazılar