Mustafa Dənizlidən ilk məğlubiyyət –  <span style="color:red;">NƏTİCƏLƏR – TURNİR CƏDVƏLİ
19 fevral 2014 19:11 (UTC +04:00)

Mustafa Dənizlidən ilk məğlubiyyət – NƏTİCƏLƏR – TURNİR CƏDVƏLİ

Futbol üzrə Topaz Premyer Liqasında XXII tura yekun vurulub. Lent.az-ın məlumatına görə, hesabat turu daha çox Mustafa Dənizlinin “Xəzər Lənkəran”ın baş məşqçi postunda ilk məğlubiyyəti ilə əlamətdar olub.

 

Lənkəran komandası türkiyəli mütəxəssisin rəhbərliyi altında çempionatdakı 7-ci matçında “Bakı”ya uduzub – 0:2. İlk qolu 70-ci dəqiqədə Yure Travner vurub. 90-cı dəqiqədə isə Rauf Əliyev matçda son nöqtəni qoyub. Bu, “Bakı”nın qış fasiləsindən sonra ardıcıl 4-cü qələbəsi olub. Paytaxt təmsilçisi xallarını 39-a çatdıraraq, 3-cü pilləyə yüksəlib.

 

“Qarabağ” da autsayderlərdən olan “Rəvan”ı eyni hesabla yenib. Paytaxt təmsilçisi liderə uzun müddət müqavimət göstərsə də, meydana yenicə daxil olan Leroy Corc 61-ci dəqiqədə ilk qolu vurub. Bundan 7 dəqiqə sonra Corc “dubl” edib. Bu qələbə sayəsində “Qarabağ” liderliyini davam etdirib və ən yaxın izləyicisi ilə 4 xallıq fərqi qoruyub.  

 

Zaqatalanın “Simurq” komandası autsayder “Sumqayıt”ı darmadağın edib – 4:0. Hesabı 13-cü dəqiqədə penaltidən Draqan Çeran açıb. Bundan 7 dəqiqə sonra İdan Vaytsman fərqi artırıb. 28-ci dəqiqədə Vurğun Hüseynov ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alaraq, “Sumqayıt”ı azlıqda qoyub. “Simurq” say üstünlüyündən faydalanaraq, ikinci yarıda daha 2 qol vurub. 48-ci dəqiqədə Draqan Çeran “dubl” edib. 86-cı dəqiqədə isə Salif Ballo matçda son nöqtəni qoyub.

 

“Neftçi” – “İnter” matçında da qapılara 4 qol vurulub. Amma qonaqlar iki dəfə hesabda önə keçsələr də, qələbəyə nail ola bilməyiblər. Hesabı 29-cu dəqiqədə Yohan Bokonyano açıb. Əsas hadisələr matçın son bölümündə cərəyan edib.  76-cı dəqiqədə “İnter”in futbolçusu Brüs Abdulaye əllə oynadığı üçün baş hakim Fariz Yusifov penalti təyin edib. “Neftçi”nin gənc yarımmüdafiəçisi Araz Abdullayevin zərbəsi dəqiq olub. Lakin 5 dəqiqə sonra qonaqların gürcüstanlı legioneri Laşa Salukvadze “bankirlər”i hesabda yenidən irəli çıxarıb. Amma 86-cı dəqiqədə Ruslan Qurbanov “Neftçi”nin bərabərlik qolunu vurub – 2:2.   

 

Turun açılış oyununda isə AZAL “Qəbələ”ni qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Amma hesabı meydan sahibləri açıb. 39-cu dəqiqədə “Qəbələ”nin kapitanı Volodimir Levin əllə oynadığı üçün baş hakim Rəhim Həsənov penalti təyin edib. AZAL-ın yeni transferi Nedo Turkoviçin zərbəsi dəqiq olub. “Qəbələ” 5 dəqiqə sonra bərabərlik qolunu vurub. Daniel Subotiç bu mövsüm 10-cu qolunu vuraraq, bombardirlər siyahısında “İnter”in hücumçusu Vaqif Cavadovun liderliyinə şərik olub. Qonaqlar qələbə topuna 71-ci dəqiqədə imza atıblar. Daha doğrusu, AZAL-ın futbolçusu Şəhriyar Rəhimov topu öz qapısına göndərib.

 

19 fevral (çərşənbə)

AZAL (Bakı) – “Qəbələ” – 1:2

Qollar: Nedo Turkoviç, 39 – penalti ilə - Daniel Subotiç, 44. Şəhriyar Rəhimov, 71 - öz qapısına 
 

“Neftçi” (Bakı) – “İnter” (Bakı) – 2:2
Qollar:
 Araz Abdullayev, 76 – penalti ilə. Ruslan Qurbanov, 86 - Yohan Bokonyano, 29. Laşa Salukvadze, 81 

“Simurq” (Zaqatala) – “Sumqayıt” – 4:0
Qollar:
Draqan Çeran, 13 – penalti ilə; 48. İdan Vaytsman, 20. Salif Ballo, 86

Qırmızı vərəqə: Vurğun Hüseynov, 28 (“Sumqayıt”)

 

“Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam) – 0:2

Qollar: Leroy Corc, 61; 68

“Xəzər Lənkəran” – “Bakı” – 0:2
Qollar:
Yure Travner, 70. Rauf Əliyev, 90

 

Turnir cədvəli

 

 

komanda

o

q

h

m

t

x

1

Qarabağ

22

13

6

3

36-13

45

2

Qəbələ

22

13

2

7

34-21

41

3

Bakı

22

12

3

7

39-22

39

4

Neftçi

22

11

6

7

34-25

39

5

İnter

22

11

4

7

34-25

37

6

Xəzər L

22

7

8

7

22-30

29

7

Simurq

22

7

7

8

23-19

28

8

AZAL

22

6

7

9

22-31

25

9

Rəvan

22

1

7

14

12-42

10

10

Sumqayıt

22

1

6

15

14-42

9


​Bombardirlər: Vaqif Cavadov (“İnter”), Daniel Subotiç (“Qəbələ”) – hərəyə 10 qol.

 

 

 

# 1084
avatar

Oxşar yazılar