Qadın  nadir xəstəlik   səbəbindən "vampirə" çevrildi
10 may 2024 12:31 (UTC +04:00)

Qadın nadir xəstəlik səbəbindən "vampirə" çevrildi

Amerikalı qadın nadir bir xəstəlik səbəbindən günəşdən və sarımsaqdan qorxmağa başlayıb.

Lent.az xarici mətbuata istinbadən xəbər verir ki, 43 yaşlı amerikalı Cennifer Spitzer günəşə çıxmağı dayandırıb və evində demək olar ki, bütün güzgülərini sındırıb. 

Spitzer qəribə əlamətləri ilk dəfə 2023-cü ilin yayında hiss etdiyini bildirib. Qadının sözlərinə görə, işıq onun gözlərini zədələyib və dərisində yanan səpgilər əmələ gəlib. 

Bundan əlavə, Spitzer evdəki demək olar ki, bütün güzgüləri sındırdığını iddia edir:

“Üzümdəki səpgiləri və sürətlə seyrəkləşən saçlarımı, eləcə də alnıma yayılan ləkələri görmək istəmirəm. Gözlərimin altındakı bənövşəyi kölgələrin yuxusuzluqdan və ya həkim tərəfindən təyin olunan ağır steroidlərdən əziyyət çəkən bir xəstəliyin nəticəsi olub-olmadığını başa düşə bilmədim. Oynaqlarımda şiddətli ağrılar hiss edirəm”. 

Qeyd edək ki, qadına ötən ilin noyabrında ona otoimmün xəstəliyi, sistemik lupus eritematosus olduğu barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3363
avatar

Arzu Qurbanlı

Oxşar yazılar