Olimpiya çempionundan atasına qarşı  zorakılıq İTTİHAMI
10 may 2024 12:20 (UTC +04:00)

Olimpiya çempionundan atasına qarşı zorakılıq İTTİHAMI

1500 metr məsafəyə qaçış üzrə hazırkı Olimpiya çempionu Yakob İnqebriqtsenin atası Qert ailə üzvünə qarşı zorakılıq etməkdə günahlandırılıb, bunu polis mənbələri təsdiqləyib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu hadisə Yakob və qardaşları ailələrində zorakılıq barədə ictimaiyyət qarşısında danışdıqdan altı ay sonra baş verib.

23 yaşlı Yakob və qardaşları Filip (30 yaş) və Henrik (32 yaş) atalarını fiziki zorakılıq və qəddarcasına davranmaqda ittiham ediblər.

Qert bütün ittihamları rədd edib və Norveç polisinin "bütün məsələni araşdıracaqlarını" söyləyib.

Norveç yüngül atletika federasiyası Qerti bu il Qlazqoda qapalı məkanda keçirilən dünya çempionatına, eləcə də Parisdəki Olimpiya oyunlarına akkreditasiya verməkdən imtina edib.

Yeri gəlmişkən, Qert Yakob, Filip və Henrikə uşaqlıqları və əksər karyeraları boyu məşq edib və ötən ilin fevralında səbəbin ailə münaqişəsi olduğu məlum olduqdan sonra birlikdə işləməyi dayandırıblar.

"Qertdən ayrılanda biz vəziyyətin əsas səbəbini qeyd etmədən vəziyyəti sülh yolu ilə həll edə biləcəyimizi düşündük. İndi bunun mümkünsuz olduğunu başa düşürük. Bu məsələ o qədər qızışıb və o qədər böyük nəticələr verib ki, özümüzü məsuliyyətli hiss edirik. Biz böyüklərik, atamız çox aqressiv idi, bizim tərbiyəmizdə fiziki zorakılıq və hədə-qorxudan istifadə edirdi.

Amma iki il əvvəl eyni aqressiya və fiziki cəza yenidən ortaya çıxdı. Bu bardağı taşıran son damla oldu. İki il əvvəl kifayət etdi. O an atamızdan ayrılmaq qərarına gəldik. Sonra onunla məşqçi kimi işləməyə davam etmək də mümkünsüz oldu”, – qardaşlar bildiriblər.

Atalarının cavabını çox gözləməyiblər və bu, vəkili vasitəsilə olub.

"Uşaqlarıma qarşı heç vaxt zorakılıq etməmişəm. Mən də bir ata kimi zəif cəhətlərimin olduğunu və çox gec olsa da, çox böüy məşqçi olduğumu anladım".

Üç qardaşdan Yakob atletikada ən böyük uğura imza atıb, çünki o, 1500 metr məsafəyə qaçışda mövcud Olimpiya çempionu, 2022 və 2023-cü il dünya çempionatlarında da 5 kilometr məsafədə fərqlənib. 2018 və 2022-ci il Avropa çempionatlarında o, 1500 və 5000 metr məsafələrə qaçışda qalib olub.

Henrik 2012-ci ildə 1500 metr məsafəyə qaçış üzrə keçmiş Avropa çempionudur və həmçinin Avropa çempionatında daha iki gümüş və bir bürünc qazanıb, Filip isə 2016-cı ildə Amsterdamda 1500 metr məsafəyə qaçışda Avropa çempionu və bu il Londonda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
 

# 1566
avatar

Oxşar yazılar