Dünyanın ən qədim oteli:   705-ci ildən fəaliyyət göstərir - FOTO
10 may 2024 16:11 (UTC +04:00)

Dünyanın ən qədim oteli: 705-ci ildən fəaliyyət göstərir - FOTO

Dünyanın ən qədim hoteli Yaponiyadakı "Nishiyama Onsen Keiunkan" elan edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hotel Yaponiyanın Hayakava kəndində yerləşir.

"Nishiyama Onsen Keiunkan" hotelini termal mənbələr üzərində 705-ci ildə Fucivara Maxito adlı şəxs açıb. Hazırda bu hoteli F.Maxitonun 52-ci nəsli işlədir. Otel 1300 ildən artıq fəaliyyət göstərir.

Qədim zamanlarda Yamanasi prefekturasında yerləşən bu hoteldə samuraylar gecələyirdilər. Onlar məhz termal sulardan istifadə etmək üçün bu hoteldə qalırdılar. Hoteldə gecəyənlər sırasında Yaponiya imperatorları da olub.

Hazırda hoteldə bir gün gecələməyə görə minimum 460 ABŞ dolları xərcləmək lazımdır.

13 əsrdə otel cəmi bir dəfə təmir olunub. Müvafiq işə 20-ci əsrin sonlarında başlanıb və tamamlanıb. 2011-ci ildə "Nishiyama Onsen Keiunkan" obyekti Ginnesin Rekordlar Kitabında qeyd edilib: Bura planetin ən qədim oteli statusunu alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4860
avatar

Fidan İlqar

Oxşar yazılar