Bərdədə kişi qadın qohumunu küçədə bıçaqladı
10 may 2024 14:43 (UTC +04:00)

Bərdədə kişi qadın qohumunu küçədə bıçaqladı

Mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 27 yaşlı Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 33 yaşlı Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.   

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4350
avatar

Oxşar yazılar