Mourinyo yenə dilinin bəlasına düşdü
28 yanvar 2015 16:59 (UTC +04:00)

Mourinyo yenə dilinin bəlasına düşdü

0

İngiltərə Futbol Assosassiyası “Çelsi”nin baş məşqçisi Jose Mourinyonu 25 min funt sterlinq məbləğində cərimələyib.

 

Lent.az-ın məlumatına görə, buna səbəb Mourinyonun “Sauthempton”la oyundan sonra hakimlərin ünvanına səsləndirdiyi kobud ifadələr olub.

 

Portuqaliyalı çalışdırıcını daha çox özündən çıxardan isə rəqib futbolçunun Fabreqasa qarşı kobud oyuna hakimlər briqadasının göz yummasıdır.

 

Xatırladaq ki, Jose Mourinyonu əsəbiləşdirən epizodların baş verdiyi matçın baş hakimi Entoni Teylor olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar