"Çelsi"nin baş məşqçisi Joze Mourinyo növbəti dəfə səs-küyə səbəb olacaq açıqlama verib. Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, məşhur portuqaliyalı çalışdırıcı deyib ki, Kurta Zuma və Rafael Varan kimi oyunçuları üzə çıxardığına görə Fransa Futbol Federasiyası ona minnətdarlığını bildirməlidir: “Hər iki futbolçunu mən tanıtdım. Buna görə Fransa Futbol Fedarasiyasından “çox sağ ol” gözləyirəm. Mənə minnətdarlıq etməklə Fransa millisinin baş məşqşisi Didye Deşam da xoşbəxt olmalıdır.
Qeyd edək ki, Varan Mourinyonun rəhbərliyi altında "Real Madrid"də, Zuma isə hazırda "Çelsi"də oynayır.