Mahirin 55 min dollarını verdilər
21 yanvar 2015 11:36 (UTC +04:00)

Mahirin 55 min dollarını verdilər

0

Türkiyənin “Karşıyaka” klubu millimizin üzvü Mahir Şükürovun borcunu ödəyib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu klubdaxili iclasda prezident Fatih Diniz də təsdiqləyib.

 

 

5 ayın maaşını ala bilməyən Şükürov FİFA-ya şikayət etmişdi. Yanvarın 19-dək 55 min dollar ödənilməsəydi, 33 yaşlı futbolçu azad agent statusu alacaqdı. Lakin Mahiri əldən buraxmaq istəməyən "Karşıyaka" rəhbərliyi dərhal əl-ayağa düşüb və təyin olunan vaxta kimi onun borcunu ödəyə bilib. Şükürovla yanaşı, FİFA-ya şikayət edən digər oyunçu Juninyonun da maaşları verilib.

 

 

Qeyd edək ki, PTT I Liqa təmsilçisi analoji problem üzündən Berkan Emir və Çikeluba Ofoedunun gedişinə əngəl ola bilməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar