Millimizin potensial rəqibləri bilindi
06 dekabr 2016 21:20 (UTC +04:00)

Millimizin potensial rəqibləri bilindi

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan və FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirin iştirakçılarının böyük əksəriyyəti bəlli olub. Apasport.az saytının məlumatına görə, bu barədə TASS-a Rusiya Futbol Federasiyasının Peşəkar Futbol Departamentinin rəisi Sergey Kulikov açıqlama verib.

 

RFF rəsmisinin bildirdiyinə görə, turnirdə 15 komandanın iştirakı artıq dəqiqləşib. Bunlar Hindistan, İran, Azərbaycan, Rusiya, Yunanıstan, Slovakiya, Bolqarıstan, Sloveniya, Belarus, Latviya, Estoniya, Litva, Qazaxıstan, Moldova və Sankt-Peterburq yığmalarıdır.

 

16-cı komandanın adına isə hələ ki, aydınlıq gəlməyib.

 

Qeyd edək ki, sözügedən turnirdə 1999-cu təvəllüdlü və daha kiçik yaşlı futbolçular iştirak edirlər. Yarış 7-22 yanvar arası Sankt-Peterburqda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar