DÇ-2018-in seçmə mərhələsində Çexiya və Almaniya ilə qarşılaşacaq milli komandamızın hər iki oyunu üçün hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu görüşləri uyğun olaraq fransalı və latviyalı hakimlər briqadası idarə edəcəklər.
Çexiya ilə Bakıdakı oyunda fransalı Benua Milyo əsas söz sahibi olacaq. Matçın yan hakimi kimi Julien Paselli və Bertrand Jonnua təyin olunublar.
Kayzerslauterndə oynanılacaq Almaniya ilə qarşılaşmada Andris Tremianis iş başında olacaq. Ona Haralds Qudermanis və Aleksis Spasyonnikovs kömək edəcəklər.
Qeyd edək ki, Çexiya ilə qarşılaşma oktyabrın 5-də saat 20:00-da, Almaniya ilə görüş isə oktyabrın 8-də Bakı vaxtı ilə saat 22:45-da start götürəcək.