Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Aue” klubunda baş məşqçi dəyişikliyi olub. Apasport.az saytının məlumatına görə, 2-ci Bundesliqa klubu Hannes Dryusa tapşırılıb.
Artıq yeni baş məşqçinin təqdimat mərasimi də keçirilib. O, çalışdırıcı postunda Tomas Letşi əvəzləyib.
Qeyd edək ki, çempionata uğursuz başlayan “Aue” ilk 4 turda cəmi 4 xal toplayıb.