Millimizi gözləyən eniş
03 mart 2018 11:16 (UTC +04:00)

Millimizi gözləyən eniş

Milli komandaların FİFA reytinqi ilə bağlı təxmini siyahı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 211 komandası yer alıb.

 

Sonuncu dəfə fevralın 15-də açıqlanan rəsmi siyahı ilə müqayisədə cədvəldə müəyyən dəyişikliklər nəzərə çarpır.

Dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib.

 

 

Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız hesabat dövründə heç bir oyuna çıxmayıb. Lakin təxmini siyahıda komandamız 33 xal itirib. Ötən ay aktivində 275 xal olan millimiz 242 xalla qalıb.

 

Bu da yığmanın mövqeyində əksini tapıb. Komandamız təxmini siyahıda 8 pillə geriləyib. Komandamız 119-cu yerdən 127-ciyə yuvarlanıb. 9 yığma - Malavi, Bəhreyn, Tacikistan, Qvatemala, Filippin, Mərkəzi Afrika Respublikası, Yəmən, Yeni Zelandiya və KXDR millimizi arxada qoyub. Ötən ay yığmamızdan öndə olan Qırğızıstan isə daha aşağı yuvarlanıb.

 

Millimiz və qonşuları

123 (124). Malavi - 264

124 (126). Bəhreyn - 262

125 (125). Tacikistan - 255

126 (127). Qvatemala - 244

127 (119). Azərbaycan – 242

128 (128). Toqo – 240

129 (129). Tailand – 238

130 (137). Andorra – 232

131 (132). Latviya – 231

 

Dünyanın ən güclü 10 komandasının siyahısında yalnız bir dəyişiklik gözlənilir. Ehtimallara uyğun cədvəldə Polşa İspaniyanı keçib və 6-cı sıraya sahib çıxıb.

 

İlk onluq

1 (1). Almaniya - 1609

2 (2). Braziliya - 1489

3 (3). Portuqaliya - 1360

4 (4). Argentina - 1359

5 (5). Belçika - 1336

6 (7). Polşa - 1228

7 (6). İspaniya – 1226

8 (8). İsveçrə - 1196

9 (9). Fransa – 1185

10 (10). Çili – 1160

 

Yığmamızın Millətlər Liqası və yoxlama oyunlarındakı rəqiblərindən ən yaxşı nəticə 75-ci olan Makedoniyaya məxsusdu. Balkanlılar 1 pillə geriləsə də, bütün rəqiblərimizdən öndə qərarlaşıb.

 

Millimizin rəqibləri

75 (74). Makedoniya - 441

97 (96). Farer adaları - 363

93 (93). Belarus - 375

131 (132). Latviya – 231

138 (115). Qırğızıstan - 218

175 (177). Kosovo - 97

186 (185). Malta - 68

 

Qonşu Türkiyə millisi təxmini siyahıda 1 pillə geriləyərək 39-cu yerə enib. “Ay-ulduzlular”ın hesabında 729 xal var.

 

Qeyd edək ki, FİFA-nın rəsmi reytinq cədvəli martın 15-də açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar