17 yaşadək futbolçulardan ibarət millimiz ötən gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Antalyada təlim-məşq toplanışında olan komandamız Xorvatiyanın "Split" klubunun əsas heyəti ilə üz-üzə gəlib.
Görüşdə Mirbağır İsayevin yetirmələri yenə böyük hesabla uduzub – 0:4.
Qeyd edək ki, millimiz daha əvvəl “Fənərbaxça" klubunun 17 yaşlıları ilə qarşılaşıb və 0:9 hesabı ilə uduzub.