Millimiz Litvaya qarşı
25 mart 2019 09:34 (UTC +04:00)

Millimiz Litvaya qarşı

0

Milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxacaq.

Yığmamız yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşacaq. "Bakcell Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

 


Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olacaq. Azərbaycan millisi bundan əvvəlki 2 qarılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.

Qeyd edək ki, millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub. 


Yoldaşlıq oyunu

25 mart (bazarertəsi)

18:00. Azərbaycan - Litva
Hakimlər:
 Fesnik Horatiu, Avram Valentin, Çerei Alexandru (Rumıniya), Orxan Məmmədov
Bakı. "Bakcell Arena"

(qol.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1017

Oxşar yazılar