AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-u İtaliya, 3 gün sonra isə Xorvatiyanın qonağı olacaq Azərbaycanın futbol millisinin heyəti açıqlanıb. Lent.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, baş məşqçi Berti Foqts 25 oyunçuya dəvət göndərib. Komanda qarşıdakı oyunlarla əlaqədar oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt şəhərində, oktyabrın 8-dən 11-dək İtaliyanın Palermo şəhərində, oktyabrın 11-dən 14-dək isə Xorvatiyanın Osiyek şəhərində təlim-məşq toplanışı keçirəcək.
Ferti Foqs "Qarabağ"dan 5, "Nefçi", "Qəbələ" və "Xəzər Lənkəran"dan 4, "İnter"dən 2, "Sumqayıt", "Simurq", "Qaziantep BB", "Ayntraxt Braunşveq", "1 FC Saabrükken", "Karlsruher SC"dan isə 1 futbolçuya dəvət göndərib.
Millinin heyətinə dəvət edilən futbolçular bunlardır:
Kamran Ağayev - "Qəbələ"
Səlahət Ağayev - "İnter"
Emil Balayev - "Neftçi"
Bədavi Hüseynov - "Qarabağ"
Rasim Ramaldanov - "Xəzər Lənkəran"
Elvin Yunuszadə - "Neftçi"
Maksim Medvedev - "Qarabağ"
İlkin Qırtımov - "Simurq"
Elnur Allahverdiyev - "Neftçi"
Ruslan Əmircanov - "Qəbələ"
Ufuk Budak - "Gaziantep B.Ş.B.S" (Türkiyə)
Tərlan Quliyev - "Qarabağ"
Rahid Əmirquliyev - "Xəzər Lənkəran"
Ruslan Abışov - "Qəbələ"
Qara Qarayev - "Qarabağ"
Cavid Hüseynov - "Qəbələ"
Araz Abdullayev - "Neftçi"
Taşkın İlter - "Ayntraxt Braunşveg" (Almaniya)
Abdulla Abasıyev - "İnter"
Vüqar Nadirov - "Qarabağ"
Rauf Əliyev - "Xəzər Lənkəran"
Ağabala Ramazanov - "Xəzər Lənkəran"
Rüfat Dadaşov - "1 FC Saabrükken" (Almaniya)
Dmitri Nazarov - "Karlsruher SC" (Almaniya)
Maqomed Kurbanov - "Sumqayıt"