Millimiz Gürcüstanda İvanişvilinin gözü önündə çempion oldu
04 fevral 2013 12:22 (UTC +04:00)

Millimiz Gürcüstanda İvanişvilinin gözü önündə çempion oldu

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandası yeni baş məşqçi Peter Zayzenbaxerin rəhbərliyi altında ilk sınaqdan uğurla çıxıb. Lent.az-ın məlumatına görə, yığmamız Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “European Open” turnirində komanda hesabında qalib olub.

 

Millimiz 20 ölkənin qatıldığı yarışı 2 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Cüdoçularımızdan Tural Safquliyev (81 kq) və Şexmad Maqomedov (90 kq) qızıl medal qazanıb. Maqomedov finalda digər təmsilçimiz Şahin Qəhrəmanovu (90 kq) yenib. Qəhrəmanov yeganə gümüş medalın sahibi olub. Bürünc medallara Hüseyn Rəhimli (73 kq) və Məmmədəli Mehdiyev (81 kq) layiq görülüb. Daha 18 təmsilçimizdən ən yüksək nəticəni 7-ci yeri tutan Murad Rəcəbli (90 kq) göstərib.

 

Azərbaycan Cüdo Federasiyasından Lent.az-a verilən məlumata görə, yarışı Gürcüstanın Baş naziri Bidzina İvanişvili, daxili işlər naziri İrakli Qaribaşvili və digər hökumət rəsmiləri, tanınmış şəxslər də izləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710
avatar

Oxşar yazılar