Bu gün açıqlanan FİFA reytinqində 23 pillə geriləyən Azərbaycan millisi tarixinin ikinci ən böyük enişini yaşayıb. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri yalnız 3 il əvvəlki uğursuzluqla təsəlli tapa bilər.
Maraqlıdı ki, 2014-cü ildəki antirekordumuz da oktyabrda gerçəkləşmişdi. Həmin vaxt yığmamız 31 pillə geriləmişdi. Sentyabrda 95-ci olan komandamız 126-cı yerə yuvarlanmışdı.
3 il sonra yenə “yüzlük”dən kənar düşən millimiz 92-ci yeri 115-ciyə dəyişib. Bu dəfəki geriləmə DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2, Almaniyaya 1:5 hesablı məğlubiyyətlər üzündən yaşanıb.