Qazaxıstanın Almatı şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda podiuma çıxan Azərbaycan millisinin sonuncu atleti – Dadaş Dadaşbəyli də komandamıza uğur qazandıra bilməyib.
Belə ki, 94 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 2 hərəkətin cəmində 365 kq (165 kq + 200 kq) çəkini ram edib. Bu nəticə onun 14-cü olması üçün kifayət edib. Çempion Jassulan Xıdırbayev (Qazaxıstan) isə Dadaşbəylidən 43 kq artıq qaldırıb – 408 kq (179 kq + 229 kq).
Qeyd edək ki, mundialın əvvəlki günlərində podiuma çıxan atletlərimiz də medalsız qalmışdılar.