Milli üzvü oynadı, komandası darmadağına sevindi
04 dekabr 2016 14:22 (UTC +04:00)

Milli üzvü oynadı, komandası darmadağına sevindi

0

Futbol üzrə İspaniya ikinci liqasında XVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Kadis” də növbəti matçına çıxıb.

 

Sözügedən klub doğma divarlar arasında “Saraqosa” ilə üz-üzə gəlib. Təmsilçimizin komandası oyundan darmadağınla ayrılıb – 3:0.

 

İsrafilov görüşün 68-ci dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, “Kadis” 17 turdan sonra 24 xalla 22 klub arasında 5-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar