Milli Paralimpiya Komitəsinə prezident seçilib
08 fevral 2013 17:22 (UTC +04:00)

Milli Paralimpiya Komitəsinə prezident seçilib

 

 

Fevralın 8-də Milli Paralimpiya Komitəsinin (NPC) IV hesabat seçki Konqresi keçirilib. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Konqresdə NPC Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Komitənin növbəti 4 il üçün (2013 - 2016-ci illər) strateji fəaliyyət Planı müzakirə edilib.

 

Konqres nümayəndələri “2013-cü il Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə” Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultay nümayəndələrinin təşəbbüsünə qoşulması barədə qərar qəbul edib. Onlar ölkədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarını bu təşəbbüsə qoşulmağa çağırıb.

 

Müzakirələrdə NPC İcraiyyə Komitəsinin sədri, Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Rauf Əliyev, Sadıq Sadıqov, XIV London Yay Paralimpiya Oyunlarının qalibi Afaq Sultanova və bürünc mükafatçı Hüseyn Həsənov, baş məşqçilər İbrahim İbrahimov, Sergey Təhməzov və Alaverdi Culfayev çıxış ediblər. Sonda NPC-nin rəhbər orqanlarına seçkilər keçirilib. İlqar Rəhimov yenidən qurumun prezidenti seçilib. Natiq Qasımov Komitənin birinci vitse-prezidenti, Şaiq Həmidov vitse-prezident, Afiq Süleymanov isə Komitənin Baş Katibi vəzifəsinə seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar