Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi və köməkçiləri daha iki oyun izləyiblər. Apasport.az saytının məlumatına görə, Robert Prosineçki, köməkçisi Qordan Tsipriç, eləcə də AFFA-nın texniki direktoru Bernhard Lippert “Qarabağ” – "Admira Wacker" (Avstriya) və "Qarabağ" - "Jaqelloniya" (Polşa) oyununa baxıblar.
Qeyd edək ki, həmin qarşılaşmanın tamaşaçıları arasında Antalyada toplanışda olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə, məşqçilər Babək Alxasov və Ramiz Əhmədov da olublar.