Milli komandanın üzvü “Oskar”da döyüldü
09 aprel 2013 13:00 (UTC +04:00)

Milli komandanın üzvü “Oskar”da döyüldü

0

 

Rusiyanın gənclərdən ibarət yığma komandasının boksçusu Soslan Asbarov Qazaxıstanın Uralsk şəhərində döyülüb. Lent.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə “Oskar” əyləncə mərkəzində baş verib.

 

Asbarov yarış başa çatdıqdan sonra idmançı dostları ilə birgə əylənməyə yollanıb. Gecə klubunda onunla naməlum gənclər arasında dava düşüb. Nəticədə Asbarov beyin silkələnməsi və çənə sınıqları diaqnozu ilə xəstəxanaya çatdırılıb. Əməliyyat olunan idmançının vəziyyəti orta ağır qiymətləndirilir. Onu döyənlərdən 2-si həbs olunub.

 

Qeyd edək ki, 20 yaşlı Soslan Asbarov Uralska beynəlxalq turnirdə iştirak üçün gedib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1332

Oxşar yazılar