Milli komandamız Avropa Çempionatının final mərhələsində
23 sentyabr 2015 02:45 (UTC +04:00)

Milli komandamız Avropa Çempionatının final mərhələsində

0

Futzal üzrə milli komandamız bu gün Avro-2016-nın pley-off mərhələsi çərçivəsində Slovakiya ilə cavab görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Trnavanın Mestska İdman Sarayında baş tutan qarşılaşmaya yığmamız üstün çıxıb.

 

Çünki komandamız Bakıda keçirilən ilk qarşılaşmada da 3:1 hesablı qələbə qazanmışdı.

 

Bu oyunda da hesabı açan milli komandamız olub. Vitali Borisov 8-ci dəqiqədə yığmamızı önə keçirən qolu vurub. İkinci hissədə rəqib hesabı bərabərləşdirərək ümidlənib.

 

Ancaq slovakiyalıların bundan artığına gücü çatmayıb. 1:1 hesabı ilə bitən oyundan sonra Avropa Çempionatının final mərhələsinə yüksələn komanda Azərbaycan milli komandası olub.

 

Qeyd edək ki, Avro-2016-nın final mərhələsi gələn il, 2-13 fevral aralığında Belqrad şəhərində keçiriləcək.

 

22 sentyabr

Avro-2016-nın pley-off mərhələsinin cavab oyunu

 

Slovakiya - Azərbaycan - 1:1

Qol: Duşan Rafay, 25 - Vitali Borisov, 8

 

Hakimlər: Timo Onatsu, Toni Lehtinen (hər ikisi Finlandiya)

Trnava. "Mestska Sportova Hala" stadionu

İlk oyun - 1:3

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar