Mətbuatı Assosiasiyasının konqresi Bakıda keçiriləcək
19 aprel 2013 03:51 (UTC +04:00)

Mətbuatı Assosiasiyasının konqresi Bakıda keçiriləcək

 

Aprelin 18-də Rusiyada Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 76-cı konqresinə yekun vurulub.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, konqresin sonuncu günündə Rusiya baş nazirinin müavini Dmitri Kozak AİPS-in bayrağını Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.

 

Çingiz Hüseynzadə çıxış edərək Bakını gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib.

 

Günün sonunda konqresin yekununa həsr olunmuş ziyafət zamanı, gələn il AİPS konqresini  Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb.

 

Müqaviləni AİPS prezidenti Cianni Merlo və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.

# 356
avatar

Oxşar yazılar