Messinin ayağı qızıldan töküldü
06 mart 2013 18:55 (UTC +04:00)

Messinin ayağı qızıldan töküldü

Yaponiyalı zərgər Ginza Tanaka İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin sol ayağını qızıldan töküb. Lent.az-ın məlumatına görə, Tokioda təqdim olunan kiçik heykələ 5,25 milyon dollar qiymət qoyulub.

 

Onun çəkisi 25 kq, hündürlüyü 25 sm, eni 28 sm-dir. Əsər martın 7-də daha 2 zərgərlik məmulatı – Messinin sol ayağının miniatür surəti (42 min dollara) və futbolçunun pəncə izləri (94,5 min dollar) ilə birgə hərraca çıxarılacaq. Bu iki lot da təmiz qızıldan hazırlanıb. Messi mətbuat konfransında iştirak etməsə də, video-müraciətində yaponiyalı zərgərin əsərini özü üçün böyük şərəf adlandırıb. Təqdimata onun əvəzinə qardaşı Rodriqo qatılıb.

 

Satışdan gələn vəsaitin bir hissəsi ehtiyacı olan uşaqlara yardım məqsədilə Messi fonduna köçürüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316
avatar

Oxşar yazılar