Messini 250 milyon avroya kim almaq istəyirmiş?
27 dekabr 2012 14:36 (UTC +04:00)

Messini 250 milyon avroya kim almaq istəyirmiş?

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni müqavilə imzalamayacağı təqdirdə, Rusiya Premyer Liqasında oynaya bilərmiş. Lent.az-ın “El Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, Rusiya klublarından biri argentinalı hücumçuya 30 milyon avro əmək haqqı təklif edibmiş.

 

Üstəlik, həmin klub ona “Barsa” ilə müqaviləsindəki 250 milyon avro dəbbə pulunu da ödəməyə hazır imiş. Lakin Kataloniya təmsilçisi təklifi rədd edərək, Messi ilə müqaviləni 2018-ci ilədək uzadıb.

 

Qeyd edək ki, Lionel Messi bu mövsüm “Barselona”nın heyətində 17 oyuna 26, il ərzində isə 91 qol vuraraq, əfsanəvi Herd Müllerin rekordunu arxada qoyub.

# 1651
avatar

Oxşar yazılar