Messidən yeni xəbər
03 oktyabr 2016 21:32 (UTC +04:00)

Messidən yeni xəbər

Bir müddətdi zədədən əziyyət çəkən "Barselona"nın hücumçusu Lionel Messi məşqlərə başlayıb.

 

Apasport.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın AS nəşri yayıb.

 

İspan həmkarlarımızın yazdığına görə, argentinalı hücumçu fizioterapevtin nəzarəti altında məşqlərə başlayıb. Messi hələlik fərdi məşqlər keçir.

 

Xatırladaq ki, 29 yaşlı forvard İspaniya La Liqasının 5-ci turunun "Atletiko"ya qarşı oyununda (1:1) zədələnmişdi. Qasıq nahiyəsindən zədə alan Messi artıq 2 həftəyə yaxındı yaşıl meydanlardan kənarda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar