Messi qonşusunu evindən çıxartdı
16 aprel 2013 12:46 (UTC +04:00)

Messi qonşusunu evindən çıxartdı

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Kataloniyadakı Kastelldefels yaşayış məntəqəsində yerləşən evindəki qonşularının torpağını 1 milyon avroya alıb. Lent.az-ın məlumatına görə, argentinalı hücumçu qonşu evdən gələn gurultudan bezərək, bu addımı atıb.

 

Messinin qonşusu mənzilin kredit borcunu ödəyə bilmədiyi üçün gecə qonaqlıqlarına icarəyə verib. Futbolçu səs-küyün gəlməyəcəyi düşüncəsi ilə əvvəlcə araya divar çəkdirib. Lakin yenə də gurultu azalmayıb. Üstəlik, evi icarəyə götürmək istəyən insanlar onu görmək istəyilə yenə narahat etməyə başlayıblar.

 

Nəticədə məşhur forvard qonşularına “Kredit borcunu ödəyə bilmirsinizsə, evi mənə satın” deyib. Bununla da qonşuları 1 milyon avro əldə edib, Messinin özü isə ərazisini 1 hektara çatdırıb.

# 1235
avatar

Oxşar yazılar