“Barselona”nın ulduz futbolçusu Lionel Messi Türkiyəyə gedəcək. Apasport.az saytının məlumatına görə, bu barədə menecer Ümit Akbulut cavab verib.
“Radyspor”a qonaq olan menecer argentinalı ulduzun aprel ya da may ayında Türkiyəyə gələrək bir firma ilə ortaqlığa imza atacağını deyib: “Messi ilə müqavilə imzaladıq. İstanbuldakı proqramı ilə bağlı planları hazırlayırıq. Aprel və ya may ayında qonağımız olacaq”.
Qeyd edək ki, “Qalatasaray”ın alman futbolçusu Lukas Podolskinin də iş ortağı olan Akbulut menecerlik şirkətinin sahibidir.