"Barselona"nın futbolçusu Lionel Messi komanda ilə ümumi məşqlərə başlayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu komandasının bugünkü məşqində iştirak edib.
Buna baxmayaraq, o, "Deportivo"ya qarşı oktyabrın 15-i La Liqada keçiriləcək oyuna kimi hazır olmayacaq.
Onun Çempionlar Liqasnın qrup mərhələsinin üçüncü turunda "Mançester Siti" ilə görüşdə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, L.Messi La Liqanın 5-ci turunda "Atletiko" ilə (Madrid) matçda (1:1) zədələnib.