Messi: "Vergi ödənişindən boyun qaçırmamışıq" 
12 iyun 2013 22:52 (UTC +04:00)

Messi: "Vergi ödənişindən boyun qaçırmamışıq" 

Atası və adı vergidən boyun qaçırmaqda hallanan “Barselona”nın hücumçusu Lionel Messi bu xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu bu informasiyanı mətbuatda oxuduqdan sonra təəccüblənib.


Messi belə bir hadisənin olmadığını “Facebook” səhifəsində yazıb: “Biz indi İspaniyanın vergi orqanlarından ittiham edildiyimizi KİV-dən oxuduq. Belə xəbərlərin mətbuatda çıxması bizi təəccübləndirdi. Çünki heç vaxt qanunu pozmamışıq. Həmişə bütün vergi öhdəliklərimizi yerinə yetirmişik. Hazırda bizim bu işlə məşğul olan şəxs vəziyyəti aydınlaşdırır”. 

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatı Messi və atası Orasio Xorxu 2007, 2008 və 2009-cu illərdə dövlətə təxminən 4 milyon avro dəyərində vergi ödəmədiyindən məhkəməyə verildiklərini iddia edirdi.

# 850
avatar

Oxşar yazılar