İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi “Real Madrid”in müdafiəçisi Alvaro Arbeloa ilə məşqçi Aytor Karankanı təhqir edib. Lent.az-ın “AS”a istinadən verdiyi məlumata görə, hər iki olay 1:1 hesabı ilə başa çatan ölkə kubokunun ilk yarımfinal matçından sonra baş verib.
Messi Arbeloa ilə “Santyaqo Bernabeu” stadionu yaxınlığındakı avtomobil dayanacağında söz savaşına çıxıb. O, həyat yoldaşı ilə birgə olan ispaniyalı oyunçunu “axmaq” adlandırıb. Sonra isə “La Sexta” telekanalının efirində argentinalı hücumçu “Real” da köməkçi-məşqçi kimi çalışan Karankanı baş məşqçi Joze Mourinyonun müqəvvası adlandırdığı epizod efirə gedib.