Məşqçi idmançıları bambukla döyürmüş
31 yanvar 2013 16:33 (UTC +04:00)

Məşqçi idmançıları bambukla döyürmüş

Yaponiyanın cüdoçu qadınlardan ibarət milli komandasının baş məşqçisi Rüidzi Sonoda istefa verib. Lent.az-ın məlumatına görə, Sonoda yığma ilə işini davam etdirməsini özü üçün ağır hesab edib. 

 

Yanvarın 30-da Yaponiya Cüdo Federasiyası (AJJF) baş məşqçinin komanda üzvlərini fiziki zorakılığa məruz qoyduğunu bəyan edib. AJJF-in rəsmi açıqlamasında bildirilir ki, Sonoda cüdoçu qadınları bambuk cubuğu ilə mütəmadi döyüb, sifətlərinə vurub və daim təhqir edib. Federasiyadan gələcəkdə belə halların baş verməməsinə dair xəbərdarlıq da edilib.

 

Bu açıqlama milli üzvlərinin 2012-ci ilin dekabrında etdikləri şikayətə cavab olaraq, verilib. Sonoda isə bildirib ki, iş metodlarının belə nəticələr verəcəyini gözləmirmiş. O, baş verən qalmaqal üzündən gələcəkdə öz yetirmələri ilə dil tapa bilməyəcəyini söyləyib.

 

Qeyd edək ki, Rüidzi Sonoda Yaponiya millisinə 2009-cu ildə baş məşqçi təyin olunub. 2012-ci il London Yay Olimpiya Oyunlarında bu ölkənin cüdoçuları bir dəst medal qazanıblar. Sonoda idmançı kimi 1993-cü ildə dünya çempionu, 1995-ci ildə isə bürünc mükafatçı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779
avatar

Oxşar yazılar