Məşhur argentinalı futbolçu qarət olundu
24 aprel 2013 10:33 (UTC +04:00)

Məşhur argentinalı futbolçu qarət olundu

Argentina milli komandası və Türkiyənin “Fənərbağça” klubunun sabiq futbolçusu Ariel Orteqa oğurlanaraq, qarət olunub. Lent.az-ın məlumatına görə, Orteqa aprelin 21-də Buenos-Ayresdə ələ keçirilib.

 

O, oğruların əsirliyində bir neçə saat qaldıqdan sonra sərbəst buraxılıb. Sabiq hücumçu zədə və yara almayıb.

 

39 yaşlı keçmiş oyunçu avtomobilin sükanı arxasında olarkən, başqa bir maşın yolunu kəsərək, onu dayanmağa vadar edib. Bundan sonra Orteqanın avtomobilinə 4 nəfər yaxınlaşıb. Onlar argentinalı ulduzu maşından çıxararaq, girov götürüblər. Avtomobildən isə pul və qiymətli əşyalar ələ keçirilib.

 

Qeyd edək ki, Ariel Orteqa 2012-ci ildə karyerasını başa vurub. O, “Fənərbağça”dan əlavə, Argentinanın bir neçə klubu, habelə, İspaniya “Valensiya”sı, İtaliya “Sampdoriya”sı və “Parma”sında da çıxış edib. Orteqa 1993 – 2010-cu illərdə formasını geyindiyi Argentina millisində 87 oyuna 17 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar